Bakı Özəl Türk Liseyində Xocalı soyqrımına həsr olunmuş “Xocalıya ədalət” kompaniyası çərçivəsində konfrans keçirilib



“Xocalıya ədalət” kompaniyası çərçivəsində konfrans keçirilib

Fevralın 23-də Bakı Özəl Türk Liseyində Xocalı soyqrımına həsr olunmuş “Xocalıya ədalət” kompaniyası çərçivəsində konfrans keçirilib. Konfransda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov çıxış edərək ermənilərin Sovet ordusu ilə törətdikləri Xocalı soyqrımı barədə ətraflı məlumat verib.Bu il dünyanın 42 ölkəsində silsilə tərbirlər keçiriləcəyi və bu tədbirlərin əhəmiyyəti haqqında məlumat verən natiq daha sonra deyib ki,”Xocalıya ədalət” kompaniyası üç istiqamətdə həyata keçiriləcək. Siyasi, hüquqi və mədəni sahələri əhatə edən tanıtma kompaniyası ötən illərdən fərqli olaraq, bu il daha kütləvi xarakter alacaq. Bütün texnoloji vasitələrdən, o cümlədən internet “on-line” xidmətinin imkanlarından istifadə edərək, dünyanın 42 ölkəsində ,”Xocalıya ədalət” kompaniyası keçiriləcək.
E. İsgəndərov Amerika Birləşmiş Ştatlarının Prezidenti və Konqresə, Avropa Parlamenti və Komissiyasına, BMT-nin Baş katibinə müraciətlər ünvanlanacağını, ümumiyyətlə bu istiqamətdə işlərin gələn il daha da geniçlənəcəyini bildirmişdir. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF