Akademik Zərifə xanım Əliyeva adına orta məktəbinə ziyarət

Mingəçevir Özəl Türk Liseyinin müdiri Elxan Əliyev Azərbaycanın tibb sahəsində, oftolmalogiya elminin inkişafında müstəsna xidmətləri olan, Akademik Zərifə xanım Əliyeva adına orta məktəbi ziyarət ediblər. Ziyarət zamanı Z. Əliyeva adına orta məktəbin direktoru Rzaqulu Şərifovla səmimi görüş olub. Görüşdə E. Əliyev təhsildə əldə etdikləri nailiyyətlər və uğurlar barədə məlumat verib. Sonra hər iki təhsil müəssisəsinin müdirləri rəhbərlik etdikləri tədris müəssisəsindəki təhsillə bağlı bir çox yenilikləri haqqında danışıblar. R. Şərifov MÖTL-nin uğurlarından məmnun olduğunu bildirib və onlara gələcək tədris illərində də yüksək nailiyyətlər arzulayıb.www.cag.az
