Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib



“Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib

Fevralın 23-də „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Söz Xəzinəmiz” adlı ədəbi-bədii gecə keçirilib.Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. Ədəbi-bədii gecədə gimnaziyanın şagirdləri Xalq Şairləri Bəxtiyar Vahabzadənin “Ana dili”, Zəlimxan Yaqubun “Bax, bu yaşamaqdı, bax bu həyatdı”, Hidayət Orucovun “Yol gedirəm” və Tofiq Bayramın “Ana dilim” şeirlərini söyləyiblər. Bunla bərabər məktəblilər ədəbiyyatımızın dahilərindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən anasının Leyliyə nəsihəti, Mirzə Ələkbər Sabirin “Ağacların bəhsi”, Əbdülrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan”, Süleyman Sani Axundovun “Qaraca qız”, Cəlil Məmmədquluzadənin “Ölülər”, İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan”, Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan həkimi- nəbatat və dərviş Məstəli şah cadukunu-məşhur”, Cəfər Cabbarlının “Oqtay Eloğlu” və s. əsərlərdən ibarət səhnəciklər göstərilib.
Tədbirdə „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş çıxış edib. O əvvəlcə iştirakçıları “Söz Xəzinəmiz”dən adlı ədəbi-bədii gecədə iştirak edənləri salamlayıb və onlara təşəkkürünü bildirib. Bu tədbirdə iştirak edən müğənnilərdən Lalə Məmmədovanı ad günü münasibəti ilə təbrik edib, ona işlərində uğurlar arzulayıb. Sonra şagirdlərin mukafatlandırma mərasimi keçirilib. Münsiflər heyətinin qərarına əsasən 9-cu siniflər arasında ana dilində oxuma müsabiqəsində Fidan Həsənzadə I, Təranə Hüsenova II, Mələk Hacıyeva III, 8-ci siniflər arasında Səbinə Hətəmli I, Arzu İmanlı II, Mələk Abbasova III, 7-ci siniflər arasında Müzayə Abdullayeva I, Ülviyyə Quliyeva II, Nərmin Abdullazadə III, 6-cı siniflər arasında Ülvi İsgəndərli I, İmran İbrahimli II, Toğrul Rzayev I yerə layiq görülüblər. Səhnəcik yarışmasında Aynur Məmmədova, Kənan Sabirli, Leyla Cəfərli, Hüsniyyə Abbasova və Aslan Mansurov I, Ülvi İsgəndərli və İmran İbrahimov II, Azər Əsgərov, Fidan Həsənzadə və Elxan Salmanov III yerlərə layiq görülüblər. Şeir kateqoriyasında Turanə Əliyeva I, Səlbinə Hətəmli II, Sürəyya Zahirli III yerləri tutublar. Ədəbi-bədii gecədə “Qafqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının şagirdi Gültəkin Qaradağlı Şəmistan Əlizamanlının “Cənab leytenant” mahnısını ifa edib.
Qaliblərə mükafatları tədbirdə iştirak edən Yusif  Bəşirov, Rəhman Quliyev, Sədrəddin Hüseyn, Füzuli Dədəyev, muğənnilərdən Elariz Məmmədoğlu, Lalə Məmmədova, Coşqun Viləş, Tərlan Nuryaşar  və Elçin Şirin təqdim edərək belə bir əhəmiyyətli tədbiri təşkil etdiklərinə görə „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının kollektivinə minnətdarlıqlarını bildiriblər və şagirdlərə təhsildə yeni –yeni nailiyyətlər diləyiblər.








 

 


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF