Masallı Rayon Məhkəməsinin sədri ilə görüş


Fevralın 1-də Masallı  rayon Məhkəməsinin sədri Cahangir Nəsibov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” hazırlıq kurslarının müdiri Musa Şükürovu qəbul edib. Səmimi şəraitdə keçən qəbulda Lənkəran ÖTL-nin müdiri M. Kadifeci və Lənkəran “Araz” kursları müdiri M. Şükürov Masallı Rayon Məhkəməsinin sədri C. Nəsibova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdən əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq fənn olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 

Masallı  Rayon Məhkəməsinin sədri Cahangir Nəsibov Lənkəran Özəl Türk Liseyinin  və Lənkəran “Araz” hazırlıq kurslarının əldə etdiyi uğurlarından məmnun olduğunu  bildirib. Onlara təhsildə uğurlar diləyib. 
www.cag.az

 


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF