Quba Özəl Türk Liseyi nailiyyətlərini sərgiləyib

Quba Şəhər mədəniyyət evində rayonda fəaliyyət göstərən idarə və müəssisələrinin sərgiləri keçirilib. Sərgidə Quba Özəl Türk Liseyinin də uğurlarından bəhs edən stendlər nümayiş olunub. Quba ÖTL-nin stendlərində lisey şagirdlərinin təhsildə əldə etdikləri nailiyyətləri, beynəxalq fənn olimpiadalarında qazandıqları medallar iştirakçılara göstərilib. Burada  Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi Arif  Novruzov, Quba Rayon İcra Hakimiyyətinin Başçısı Rauf  Həbibov, Quba Rayon Prokuroru Nazim Hacıyev, millət vəkilləri Vahid Əhmədov və Yevda Abramov iştirak ediblər. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu sərgidə iştirak edən A.  Novruzov,  R. Həbibov N. Hacıyev eləcədə V. Əhmədovla və Y. Abramovla görüşüb. Görüş zamanı M. Alagözoğlu rəhbərlik etdiyi təhsil ocağının əldə etdiyi nailiyyətlərdən, şagirdlərinin Respublika və Beynəlxalq Fənn olimpiadalarında əldə etdiyi uğurlardan, eləcə də liseyin məzunlarının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplamalarından danışaraq ətraflı məlumat verib. Liseyin uğurlarından məmnun olduqlarını bildirən görüş iştirakçıları onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıblar. Bu göstəricilərin gələcək təhsil illərində də davam etdirilməsini diləyiblər. 
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır