Dövlət Gömrük Komitəsində görüş

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş və Kafqaz İlköğretim okulunun müdiri İlhami Atmaca Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavinləri Səfər Mehdiyev və Rza Həsənəliyevlə görüşüblər. Əvvəlcə S. Aktaş və İ. Atmaca  respublikamızın gömrük işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, ölkə Prezidentinin gömrük işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bundan sonra qonaqlar təhsildə əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat veriblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavinləri S. Mehdiyev və R. Həsənəliyev “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının eləcədə Kafqaz İlköğretim okulunun əldə etdikləri uğurlardan məmnun olduğunu bildirib və onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıblar.    

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF