“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı

Bakı Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Müsabiqədə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə Bakı şəhərində eləcədə bir sıra bölgələrdə fəaliyyət göstərən musiqi və orta ümumtəhsil məktəblərindən də şagirdlər cəlb olunub. Burada məktəblərin şagirdləri şeir və mahnı kateqoriyaları üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. 

Müsabiqədə məktəblilər mahnı kateqoriyasında “Əziz ana”, “Yaşa könül”, “Xalq Heydər söyləyəcək”, “Azərbaycan”, “Yaşa mənim xalqım” şeir kateqoriyasında  xalq şairləri Bəxtiyar Vahabzadənin “Oxuma, bülbül”, “Gülüstan” poeması, “Anam öldümü”, Məmməd Arazın “Mənim dilim”, “Məndən ötdü, qardaşıma dəydi”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara”, Cəfər Cabbarlının “Ana” və digər şeirlər və mahnılar səslənib. İştirakçılardan şeir kateqoriyası üzrə “Qafqaz” Azərbaycan –Türkiyə Özəl Gimnaziyasının şagirdi Aynur Məmmədova, 220 saylı orta məktəbin şagirdi Zaur Qasımzadə, Mingəçevir Şəhər Liseyinin şagirdi Leyla Xudadanova, Şirvan 9 saylı orta məktəbin şagirdi İlahə Sadıqova və 45 saylı orta məktəbin şagirdi Ballı Quliyeva, mahnı kateqoriyaları üzrə Gəncə 1 saylı orta məktəbin şagirdi Elvin Nağıyev, Bakı Bülbül adına musiqi məktəbinin şagirdi Nigar İbadlı, “Qafqaz” Azərbaycan –Türkiyə Özəl Gimnaziyasının şagirdi Gültəkin Qaradağlı, Mingəçevir 8 saylı orta məktəbin şagirdi Şəbnəm Haqverdiyeva və Sabirabad 5 saylı orta məktəbin şagirdi Xanım Əliyeva finalda iştirak etmək hüququ əldə ediblər. Final mərhələsi fevralın 18-də paytaxtın Gənc Tamaşaçılar Teatrında keçiriliəcəkdir. Finalda yarışacaq məktəblilərə biz də uğurlar arzulayırıq.  www.cag.edu.az

 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF