Yeni Fikir Müsabiqəsinin növbəti layihəsi keçiriləcək.

QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) növbəti layihəsi YFM 2014 layihəsinə yaxın günlərdə start veriləcək. Xatırladaq ki, YFM 2013 layihəsi əsasında ən yaxşı iş fikirlərinin şirkətləşməsi üçün, həmin iş fikirlərini irəli sürülən komandalar bir il müddətində ofislə təmin edilməklə yanaşı, digər dəstəklərlə də prosesin inkişaf etdirilməsi təmin edilir. Belə ki, mentor və investor dəsətyi mövzusunda dəstək hər zaman aktual tutulmaqla yanaşı, iş fikri qruplarının Türkiyədə texnopark təcrübəsi proqramı da təmin edilmişdir. YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işinində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərılər. Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
http://www.qu.edu.az/az/news/Yeni-Fikir-M%C3%BCsabiq%C9%99sinin-n%C3%B6vb%C9%99ti-layih%C9%99si-ke%C3%A7iril%C9%99c%C9%99k-3868.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF