Akademik Ziyad Səmədzadə Qafqaz Universitetində olmuşdur


Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat vermişdir.
Akademik Z. Səmədzadə Azərbaycan və dünya iqtisadiyyatı barədə danışmışdır.
Müstəqilliyimizin ilk illərində mövcud çətinliklərdən bəhs edən akademik Z. Səmədzadə 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın düçar olduğu bəlalardan xilas edildiyini, inkişaf yoluna çıxdığını xatırlatmışdır. O, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin uğurlu nəticələrindən danışaraq, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyev siyasətinin əhəmiyyətini xatırladan akademik Azərbaycanın dinamik inkişaf etdiyini bildirmiş, dünya iqtisadiyyatı ilə bağlı fikirlərini də diqqətə çatdırmışdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF