Ailə Ziyarəti
Məzun Koordinasiya Şöbəsi 23.10.13 tarixində məzunlarla 2010-cu il Politologiya bölümü məzunu Valid İsmayılovun evində qonaq oldu. Ailə tərəfindən çox səmimi qarşılandıq və çay süfrəsi arxasında məzunlarımızla xeyli söhbətləşdik. Məzunlarımız tələbəlik illərinin xoş xatirələrindən danışdılar. Ailə Qafqaz Universitetinin bu təşkilatçılığını çox yüksək qiymətləndirdi və qeyd etdilər ki, bu məzunlara verilmiş dəyərin bariz nümunəsidir. Biz də şöbə olaraq məzunumuza və ailəsinə dərin təşəkkürümüzü bildiririk.
Məzunlarımıza ugurlar arzulayırıq.