Qafqaz universiteti Azərbaycanda təhsilin yüksək səviyyədə inkişafından xəbər verir
Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmək üçün müşahidəçı kimi gəlmiş Rusiyanın Kurqan vilayətinin secki komisiyasının sədri Svetlana Anatolyevnanın rəhbərlik etdiyi nümayəndə heyyəti Qafqaz universitetində olub.Universitetin prorektoru Natiq Paşa qonaqları universitetin maddi texniki bazası, müasir laborotoriyaları ilə tanış edib.
Unversitetin rektoru prof. Ahmet Saniç nümayəndə heyyətini qəbul edib.Qonaqlar Azərbaycanın inkişafından söz açıblar və Qafqaz universitetinində Azərbaycanın təhsilinin inkişafının sübutu kimi qiymətləndiriblər.
Kurqan vilayətinin Dumasının maliyyə və vergi komitəsinin sədri iqtisad elmləri doktoru Marat İslamov Azərbaycanda mövcud iqtisadi inkişafı ölkə rəhbərinin apardığı uğurlu siyasətin nəticəsi kimi səciyyələndirib.O Ümum Milli Lider Heydər Əliyevlə olan xatirələrindən danışıb.
Rusiya Azərbaycanlıları konqresinin Kurqan vilayətinin sədri Niftulla Tahir oğlu və onun müavini Ayaz Yaqubov bildiribki vətənə hər gəlişimizdə daha abad görürük. Buda bizdə stimul yaradırki ölkəmizi qəriblikdə daha yaxşı təmsil edək.
Qafqaz universitetinin tələbələri əl işlərini qonaqlara hədiyyə ediblər. Nümayəndə heyyətidə öz növbəsində universitetə kitab hədiyyə edib və xatirə dəftərinə ürək sözlərini yazıblar.