Qafqaz Universitetinin fəaliyyəti Azərbaycanda təhsilin yüksək səviyyədə inkişafından xəbər verir
Azərbaycanda keçirilmiş Prezident seçkilərini izləmək üçün müşahidəçı kimi gəlmiş Rusiyanın Kurqan vilayətinin seçki komissiyasının sədri Svetlana Anatolyevnanın rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olub. | |
Universitetin prorektoru Natiq Paşa qonaqları universitetin maddi-texniki bazası, müasir laboratoriyaları ilə tanış edib. Universitetin rektoru prof. Ahmet Saniç nümayəndə heyətini qəbul edib. Qonaqlar Azərbaycanın inkişafından söz açıblar və Qafqaz Universitetini ölkəmizdə təhsil sahəsinin inkişafının sübutu kimi qiymətləndiriblər. Kurqan Vilayəti Dumasının Maliyyə və vergi komitəsinin sədri, iqtisad elmləri doktoru Marat İslamov Azərbaycanda mövcud iqtisadi inkişafı ölkə rəhbərinin apardığı uğurlu siyasətin nəticəsi kimi səciyyələndirib. O, ümummilli lider Heydər Əliyevlə olan xatirələrindən danışıb. Rusiya Azərbaycanlıları Konqresinin Kurqan vilayətinin sədri Niftulla Tahir oğlu və onun müavini Ayaz Yaqubov deyiblər: “Vətəni hər gəlişimizdə daha abad görürük. Bu da bizdə stimul yaradır ki, ölkəmizi qəriblikdə daha yaxşı təmsil edək”. Qafqaz Universitetinin tələbələri əl işlərini qonaqlara hədiyyə ediblər. Nümayəndə heyəti də öz növbəsində universitetə kitab hədiyyə edib və xatirə dəftərinə ürək sözlərini yazıblar.
|