Xəzər Universiteti və “AZEL” Texnologiya şirkəti Qafqaz Universitetini ziyarət etdi.


Sentyabrın 30-da  Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə Direktoru Əlövsət Əmirbəyli və “AZEL” Texnologiya şirkətinin nümayəndəsi Famil Sultanov Qafqaz Universitetini ziyarət ediblər. Qonaqları Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç və Qafqaz Universitetinin İctimiyyətlə Əlaqələr üzrə Prorektoru dossent Natiq Paşa qəbul ediblər. Qonaqlarla dəyirmi masa arxasında fikir mübadiləsi aparan Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Universitet haqqında qonağa məlumat verdi. Universitetdəki laboratoriya və auditoriyalarla tanış olan Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə Direktoru Əlövsət Əmirbəyli və “AZEL” Texnologiya şirkətinin nümayəndəsi Famil Sultanov  Qafqaz Universitetində yaradılmış şəraitdən və bu təhsil ocağında olmaqdan məmnunluğunu bildirdi, gələcəkdə də müəssisələr arasında sıx əməkdaşlığın olmasını arzu etdilər.

Qafqaz Universitetinin mətbuat xidməti.
http://www.qu.edu.az/az/news/X%C9%99z%C9%99r-Universiteti-v%C9%99-%E2%80%9CAZEL%E2%80%9D-Texnologiya-%C5%9Firk%C9%99ti-Qafqaz-Universitetini-ziyar%C9%99t-etdi-3847.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır