Qafqaz Universitetində beynəlxalq konfrans
Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq konfransın son günü Qafqaz universitetində davam edir.
26 ölkənin İT üzrə alimlərinin iştirakı ilə keçirilən konfransda alimlərin məruzələri dinlənilir, ayrı ayrı sahələr üzrə bölmə görüşləri keçirilir. Amerikalı Professor at the Department of Computer Science, Stony Brook University Steven Skiena öz çıxışında bildirib ki, Azərbaycan xalqı çox yaxşı xalqdır həmdə maraqlı bir ölkədir. Çıxışını davam etdirən Steven alqoritm sahəsində yazdığı kitab haqda məlumat verərək bildirib ki, bu kitabı yazanda çox həyacan keçirib. Cünki gələcək nəsil bu kitabdan istifadə edəcək. O Qafqaz universitetinin bele bir konfrans təşkil etməsini burada oxuyan tələbələrin konfransda fəal iştirakını yüksək qiymətləndirib və deyibki Qafqaz universiteti dünyanın elm mərkəzlərindən birinə çevirilir.
Türkiyədən konfransa qatılan Əşrəf Adalı bildirib ki, 21-ci əsrdə informasiya texnologiyasının xüsusi əhəmiyyəti var. Bakıda keçirilən konfransın Azərbaycan elminin və sənayesinin inkişafında xüsusi yeri olacaq. Çünki bütün sahələrin bünövrəsini kompyuter mühəndisliyi təşkil edir. Türkiyədən 50 nəfər kompyuter mühəndisliyi kafedra müdirləri Qafqaz universitetindədir. Onlar həm beynəlxalq konfransda iştirak edirlər və eyni zamanda iclaslarını burada keçirirlər. Biz Azərbaycanlı alimlərlə bir araya gəlib elmi müzakirərlər aparırırq. Önəmli qərarlar alırıq Birlikdə lüğət hazırlamaq,müəllim -tələbə mübadiləsi kimi önəmli qərarlar alırıq.
Rusiyadan konfransda iştirak edən alimlər kiber təhlükəsizliyi haqda mühazirələrlə çıxış ediblər. Moskva Dövlət universitetin İnformasiya təhlükəsizliyi institutunun Direktor müavini Valeri Yaşinka deyirki hər kəs diqqətli olmalıdır. Bü gün informasiya texnologiyasından istifadə edərək istər danışığın istər görüntülərin bir neçə il sonra o qarşına atəş olaraq çıxa bilər. Belə təkliflər olur ki, ən yaxşısı bu vasitələrdən istifadə etməməkdir,amma bu mümkün deyil. O deyib ki, nəinki vədəndaşlar indi bu problemlərlə ölkələr, onların rəhbərləri qarşılaşır. Qafqaz universiteti Azərbaycan üçün çox əhəmiyyətli konfrans təşkil edib. Bu konfransın materialları insanlar üçün dəyərli mənbədir.
Konfransın son gününü dəyərləndirən konfransın təşkilatçısı Qafqaz universitetinin dossenti Abzetdin Adamov bildirdi ki, dünyanın İT sahəsində öndə gedən alimləri qatılıb.O qeyd edib ki, Dövlət strukturlarının bu konfransda iştirakı konfransın önəmindən xəbər verir. Azərbaycanda İKT ili çərçivəsində belə bir səviyyəli konfransın keçirilməsi çox əhəmiyyətlidir. Misirdən gələn alim iqtisadiyyatın inkişaf etdirilməsində İT-nin rolu haqda çıxış edir. Ölkəmizdə bu sahənin inkişafında xüsusi yeri olacaq. Qafqaz universitetinin dossenti Bildirib ki konfransın 10-cu yubley tədbiridə 2016-cı ildə Bakıda keçirməyi planlaşdırırıq.