Bakı 7-ci Beynəlxalq Elmi Konfransa ev sahibliyi edəcək
Azərbaycan Respublikası, Bakı şəhərində 23-25 oktyabr 2013-cü il tarixlərində “AICT 2013” 7-ci Beynəlxalq Konfransı keçiriləcəkdir. AICT2013 Beynəlxalq Konfransı İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətircəkdir. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Bu konfrans adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək,geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri olacaqdır.
“AICT2013” konfransı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti və universitetin Bakı filialı, Azərbaycan Texniki Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, SOCAR İT və Kommunikasiya şöbəsi, Moskva İnformasiya Texnologiyaları İnstitutu, IEEE Azərbaycan şöbəsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun texniki dəstəyi ilə keçirilir.
Bu gün Qafqaz universitetində Konfransla bağlı mətbuat konfransı keçirilib.Qafqaz universitetinin prorektoru professor Niftalı Qocayev Media nümayəndələrini və Konfrans üçün gəlmiş xarici qonaqları salamlayıb.O konfransın 8 bölmədə keçiriləcəyini və Azərbaycan elminin inkişafına müsbət təsirindən bəhs edib.
Konfransın təşkilatçılarından olan Qafqaz universitetinin dossenti Abzetdin Adamov konfransın əsas məqsədinin dünyada bu sahədə tanınmış alimləri bir araya gətirmək,fikir mübadiləsi aparmaq,İKT ilində Azərbaycan alimlərinin bu konfransdan daha cox faydalana bilmələrini təmin etmək olduğunu bildirib.Onuda qeyd edibki bu konfransda alimlərlə yanaşı xarici ölkələrin dövlət adamlarıda iştirak edəcək.
Dünyanın 170 ölkəsində fəaliyyət göstərən İEEE-nin Amerikalı nümayəndəsi George Plosker bildiribki, belə bir konfransa ev sahibliyi etmək dövlətin nazirliklərinin bu konfransın təşkilatcılarından olması Azərbaycanda elmə verilən dəyərin ifadəsidir.Azərbaycanın peykinin olmasınında bu sahədə uğurla irəliləməsini göstərdiyini və bu konfransdan sonra bu sahədə dahada sürətli inkişafın olacağına inandığını bildirib.
Qeyd edimki bu gün AZTV-də səhər proqramında Amerikalı alimlər qonaq olublar.
http://www.qu.edu.az/az/news/Bak%C4%B1-7-ci-Beyn%C9%99lxalq-Elmi-Konfransa-ev-sahibliyi-ed%C9%99c%C9%99k-3971.html
http://www.qu.edu.az/az/news/Bak%C4%B1-7-ci-Beyn%C9%99lxalq-Elmi-Konfransa-ev-sahibliyi-ed%C9%99c%C9%99k-3971.html