“Qafqaz” sahibkarlığa dəstəyini davam etdirir
Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən Qafqaz Universitetinin “QUTechnopark”ı təşəbbüskarlıq seminarlarını davam etdirir. Sonuncu seminar “OKÇU Gayrimenkul” şirkətinin Azərbaycandakı nümayəndəsi İlyaz Ayaydının təqdimatında təşkil olunub.
Növbəti seminar oktyabrın 12-də keçiriləcək. Seminar “Startup - biznes qurmaq üçün yeni imkanlar” mövzusunda Orxan Əhmədovun (MultiBon və Vitalcv şirkətlərinin həmtəsisçisi) təqdimatında baş tutacaq.
Universitetdən verilən digər bir məlumatda isə qeyd olunur ki, ötən həftə ölkəmizdə səfərdə olan Türkiyənin Qazi və Hitit universitetlərinin nümayəndələri “Qafqaz”ı ziyarət ediblər.
Ötən həftə həmçinin Qafqaz universiteti ilə Türkiyənin 3 ali təhsil ocağı - Canik Başarı, Kastamonu və Sinop universitetləri arasında əməkdaşlıq protokolu imzalanıb.