11 Ekim 2013 Cuma

Kurqanlı qonaqlar "Qafqaz"a heyran qaldı


Qafqaz universitetində gördüklərimiz Azərbaycanda təhsilin yüksək səviyyədə inkişafından xəbər verir

Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmək üçün müşahidəçi kimi gəlmiş  Rusiyanın Kurqan vilayətinin seçki komisiyasının sədri  Svetlana Anatolyevnanın rəhbərlik etdiyi nümayəndə heyəti  Qafqaz universitetində olub.Universitetin prorektoru Natiq Paşa  qonaqları universitetin maddi texniki bazası, müasir laborotoriyaları ilə tanış edib.
Unversitetin rektoru prof. Ahmet Saniç nümayəndə heyətini qəbul edib.Qonaqlar Azərbaycanın inkişafından söz açıblar və Qafqaz universitetinində Azərbaycanın təhsilinin inkişafının sübutu kimi qiymətləndiriblər.
Kurqan vilayətinin Dumasının maliyyə və vergi komitəsinin sədri iqtisad elmləri doktoru Marat İslamov Azərbaycanda mövcud iqtisadi inkişafı ölkə rəhbərinin apardığı uğurlu siyasətin nəticəsi kimi səciyyələndirib.O Ümum Milli Lider Heydər Əliyevlə olan xatirələrindən danışıb.
Rusiya Azərbaycanlıları konqresinin Kurqan vilayətinin sədri Niftulla Tahir oğlu və onun müavini Ayaz Yaqubov bildiribki  vətənə hər gəlişimizdə daha abad görürük. Buda bizdə stimul yaradırki ölkəmizi qəriblikdə daha yaxşı təmsil edək.
Qafqaz universitetinin tələbələri əl işlərini qonaqlara hədiyyə ediblər. Nümayəndə heyyətidə öz növbəsində  universitetə kitab hədiyyə edib və xatirə dəftərinə ürək sözlərini yazıblar.