Türkiyənin MÜDEK təşkilatının nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində görüş keçirilib





Bakı Ali Neft Məktəbində Türkiyənin "Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği"nin (MÜDEK) İdarə Heyətinin rəhbəri Erbil Payzın, MÜDEK-in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç və Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olublar.

Bazar ertəsi Trend-ə daxil olan məlumatda deyilir ki, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verib. E.Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşımızda qoyulmuş ən önəmli məsələlərdəndir.

E.Qasımov dövlət başçısı, cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. E.Qasımov vurğulayıb ki, bu gün ölkəmizdə təhsil sahəsində aparılan ən önəmli istiqamət ondan ibarətdir ki, biz dünyanın aparıcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirməkdir.

Bunun uçun biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında formalaşdırırıq. Qardaş Türkiyə dövlətinin də təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini qeyd edən E.Qasımov bildirib ki, BANM üçün Türkiyə təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir.

Görüşdə iştirak edən MÜDEK-in İdarə Heyətinin rəhbəri Erbil Payzın bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulayıb ki, hər iki dövlət ölkələrimizlə bağlı istənilən məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF