Qafqaz Universitetində 1 oktyabr - Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu gününə həsr olunmuş “Yaxşı gələcək üçün mütərəqqi texnologiya” mövzusunda seminar keçirilmişdir


Bakı, 1 oktyabr (AzərTAc). 1 oktyabr - IEEE-Institute of Electrical and Electronics Engineers- (Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu) günüdür.

Bu münasibətlə oktyabrın 1-də Qafqaz Universitetində “Yaxşı gələcək üçün mütərəqqi texnologiya” mövzusunda seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, mütəxəssislərin və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç müasir dünyada elmin, texnologiyanın mühüm rolundan danışmış, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini xatırlatmışdır.
Qafqaz Universiteti kompyuter mühəndisliyi kafedrasının müdiri Abzətdin Adamov IEEE-nin tarixi və inkişaf mərhələlərindən bəhs etmişdir. O, ABŞ-da yaradılan IEEE-nin fəaliyyəti, elmin, texnologiyanın inkişafında rolu barədə məlumat vermiş və bu gün qurumun 170 ölkədən 400 mindən çox üzvü olduğunu bildirmişdir.
Mütəxəssislər “Proqram təminatı yaradılması”, “Bulud texnologiyasının tətbiqi” və digər mövzularda məruzələr etmişlər.
Sonra müzakirələr aparılmışdır.
 
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF