Hacı Zeynalabdin Tağıyev adına Yardım klubunun xeyriyyəçilik fəaliyyəti davam edir


 Mədəniyyət şöbəsi Hacı Zeynalabdin Tağıyev adına Yardım klubunun təşkilatçılığı ilə xeyriyyə kərməsi təşkil olundu. Kərməsdə dərnəyin üzvləri tərəfindən hazirlanmış salatlar, şiriniyyatlar və digər yeməklər təqdim olundu. Yardım klubunun keçirdiyi xeyriyyə aksiyasının əsas məqsədi internat məktəblərində və uşaq evlərində tərbiyə alanlara, həmçinin kimsəsiz insanlara,klub üzvlərinin hər ay ziyarət etdiyi ailələrə maddi və mənəvi kömək göstərməkdir. Uğurlu keçən satış-sərgidən məmnun qalan klub üzvləri gələcək fəaliyyətində də milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ənənələrini davam etdirəcəyini vurğuladılar.

                                                                                                        
                                                                                   Mədəniyyət şöbə müdirliği

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF