Bakıda beynəlxalq İKT konfransı keçirilir












Dünən Qafqaz Universitetinin təşəbbüsü ilə keçirilən “AİCT-2013”  7-ci Beynəlxalq İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Konfransı Bakı Dövlət Universitetində öz işinə başlayıb.

Konfransda Amerika və Avropa ölkələrinin, həmçinin Türkiyə, Cənubi Koreya, Rusiya, Ukrayna və Azərbaycan alimləri iştirak ediblər. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov konfrans iştirakçılarını salamlayıb və İT-nin indiki dövrdə daha sürətlə inkişaf etdiyini, Azərbaycanda bu sahəyə olan dövlət dəstəyindən danışıb. Təşkilatçılardan danışan akademik Abel Məhərrəmov nazirliklərə, sponsorlara və xüsusən Qafqaz Universitetinin rektoru professor, Ahmet Saniçə təşəkkürünü  bildirib. Təhsil Nazirliyinin nümayəndəsi Samir Məmmədov təhsil müəsisələrində İKT-nin tətbiqindən danışıb. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin nümayəndəsi İsfəndiyar Əliyev ölkəmizin 70 faizinin internet istifadəçisi olmasını hər yüz nəfərə yüz on telefon düşdüyünü, 3G və 4G istifadə edilməsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. İstanbul Texniki Universitetinin Kompyuter mühəndisliyi fakültəsinin dekanı, professor Əşrəf Adalı bildirib ki, Türkiyə universitetlərindən 50 nəfər  alim bu konfransda iştirak edir. O, konfransın Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafında müstəsna xidməti olacağına inandığını vurğulayıb. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç konfrans haqda danışarkən qeyd edib ki, bu konfransda dünyanın məşhur universitetləri və sahələri üzrə dünyada tanınmış alimlər iştirak ediblər. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF