Bu gün Qafqaz universitetində Qurban bayramı ilə əlaqədar yardım kampaniyası keçirilib.

Tələbələr qurban kəsdi
 Publika.Az-ın verdiyi xəbərə görə, universitetin Hacı Zeynəlabdin Tağıyev adına yardım dərnəyinin üzvləri iş adamları, yardımsevər şəxslərin köməkliyi ilə yoxsul ailələrə üçün qurbanlar kəsiblər. Tələbələrin iştirakı ilə kəsilən qurbanlar paketlənərək ehtiyacı olan ailələrə çatdırılıb.
Qafqaz Universiteti Dərnəklərin kordinatoru Ülvi Babayev dərnəyin üzvləri təkcə bayram günləri yox digər günlərdə də görüşlər keçirdiklərini bildirdi:
Köməklik təkcə maddi yox, həm də mənəvi olur, tələbələr bu ailələrin problemlərini dinləyir, onların aradan qaldırılması üçün köməklik edirlər. 
Yardım edilən ailələrin sayı dəqiq bəlli deyil. Hər gün bu ailələrin sayı arta bilir. Bu gün kəsilən qurbanlardan uşaq, qocalar evləri, Aypara Cəmiyyəti, bələdiyyəyə paylar göndərilir.
Tədbirdə həmçinin tanınmış sənət adamları da iştirak edirdi.Xalq artisti Həmidə Ömərova tələbələrin ürəklə və qayğı ilə bayram keçirmələri, ətrafdakı insanlara diqqətli olmaları çox önəmli olduğunu bildirdi. 
Bu tələbələrə baxdıqca ürəyimiz açılır. Gənclərimizin dini bayramımıza bu cür yüksək dəyər verməsi bizi yalnız sevindirə bilir.
Universitetin ikinci kurs tələbəsi Natiqə Quliyeva əvvəllər Qurban bayramı olduğunu hiss etmədiyini deyir:
“İki ildir tam fərqli keçirirəm. Kəsim, doğranması, paylanması hamısı tələbələrin üzərindədir. Çalışırıq ki, kəsilən qurbanlar bayramın mahiyyətinə uyğun olaraq məhz ehtiyacı olan ailələrə çatsın”.
Təmkin Aslanova əvvəllər rayonda yaşadığını, orada bayramı təntənəli keçirmədiklərini deyir. Amma burada təhsil alandan tam fərqli bir bayram yaşadığını bildirdi.
Gülxar

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF