QUTechnopark sahibkarlığın inkişafına dəstək verir.


 Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən Qafqaz universitetinin QUTechnoparkı Təşəbbüskarlıq seminarlarını davam etdirir.Ötən tədris ilində həyata keçirilməyə başlamış "Təşəbbüskarlıq" seminarları silsiləsindən 05 oktyabr 2013-cü ildə  növbəti seminar keçirildi.

Seminar OKÇU Gayrimenkul Şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi, dünyanın müxtəlif ölkələrindən iş təcrübəsi olan İlyaz AYAYDINın təqdimatında “Motivasiya: Uğur üçün önəmli başlanğıc” mövzusunda təşkil olunub. Tələbə, magistr və məzunların, eləcə də iş həyatından müxtəlif şəxslərin iştirak etdiyi seminarda müxtəlif sahələr üzrə şöhrət qazanmış şəxsiyyətlərin həyatında baş vermiş hadisələr qarşıya qoyulan məqsədə çatmaq üçün qərarlılığın əhəmiyyəti aspektindən nümunələr xüsusi marağa səbəb olubs.
            Qeyd edək ki, Oktyabrın 12-də keçiriləcək seminar Startup - biznes qurmaq üçün yeni imkanlarmövzusunda Orxan Əhmədovun (MultiBon və Vitalcv şirkətlərinin həmtəsisçisi) təqdimatındsa keçiriləcəkdir.
            Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.
Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
            Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF