Türkmənistan Beynəlxalq Türkmən Türk Universitetinin nümayəndəsi Qafqaz Universitetində

Türkmənistan Beynəlxalq Türkmən Türk Universitetinin nümayəndəsi Professor Zeki Pektaş 17 oktyabr 2013-cü il tarixində Qafqaz Universitetində qonaq olub. Universitetlə ilkin tanışlığın ardınca nahar süfrəsi arxasında Qafqaz Universitetinin Rektoru Professor Ahmet Saniç bəylə Universitetlər arasında gələcək əlaqələr, birlikdə konfransların təşkili, tələbə və müəllim mübadiləsi və digər məsələlər haqqında söhbət edən qonaq daha sonra Universitetin idarə heyəti, dekan və bölmə rəhbərləri ilə hər iki Universitetdəki təhsil sistemi, dərs prosesləri, nəşrlər və digər mövzularda qarşılıqlı fikir mübadiləsi aparıblar. Universitetlər arası əlaqələrin genişləndirilməsi məqsədi ilə Qafqaz Universitetində qonaq olan Zeki Pektaş həmçinin Bakını gəzmək, Azərbaycan haqqında olan gözəl fikirlərini canlı görməyi də səfər proqramına daxil edib. Dünən axşam Qafqaz Universiteti Rektoru və Universitet nümayəndələri ilə Bakını gəzən qonaq bugün axşam saatlarında Türkmənistana geri dönəcək.

Nicat Yusifov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF