Qafqaz Univeritetinə 7–ci Beynəlxalq Təhsil Sərgisinin “Ən fəal iştirakçıları" sertifikatı təqdim edilib. Qafqaz Univeritetinə 7–ci Beynəlxalq Təhsil Sərgisinin “Ən fəal iştirakçıları" sertifikatı təqdim edilib. 07 October, 2013, baxılıb - 24 dəfə 4-6 oktyabr 2013 il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi dəstəyi və "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə təşkil edilmiş, regionun təhsil sektorunda ən böyük tədbir olan 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi keçirilib. Sərgidə dünyanın 17 ölkəsindən 107 iştirakçı bir araya gələrək, ali təhsil almaq və ya biliklərini artırmaq, eyni zamanda gələcək karyeralarını düzgün qurmaq istəyən şəxslərə geniş informasiya verilib.Sərgidə təmsil olunan ölkələrdən Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr, Belarusya və Ukrayna ilə yanaşı Azərbaycanda uğurla fəaliyyət göstərən bir neçə təhsil müəssisələri də fəaliyyətləri haqqında geniş məlumatlar veriblər. Eyni zamanda Təhsil Nazirliyinin həyata keçirdiyi "Sağlam Təhsil – Sağlam Millət" layihəsinin də geniş ictimaiyyətə təqdimatı həyata keçirilib. Sərgidə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Qafqaz Universiteti, Ümumtəhsil məktəbləri və Araz Kursları geniş tərkibdə iştirak etdilər. Qafqaz Universiteti İctimaiyyətlə Əlaqələr prorektorluğunun əməkdaşları və tələbələr Universitetin son illərdə qazanmış olduqları uğurları, bexnəlxalq əlaqələri, fakultə və ixtisasları, qəbul qaydaları və keçid balları, tələbə mübadiləsi, təhsildə informasiya texnologiyalarının tətbiqi, habelə elmi-tədqiqat fəaliyyətləri haqqında sərgi iştirakçılarına geniş informasiya veriblər.Sonda sərginin təşkilatçıları tərəfindən Qafqaz Univeritetinə 7–ci Beynəlxalq Təhsil Sərgisinin “Ən fəal iştirakçıları" sertifikatı təqdim edilib.
4-6 oktyabr 2013 il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi dəstəyi və "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə təşkil edilmiş, regionun təhsil sektorunda ən böyük tədbir olan 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi keçirilib. Sərgidə dünyanın 17 ölkəsindən 107 iştirakçı bir araya gələrək, ali təhsil almaq və ya biliklərini artırmaq, eyni zamanda gələcək karyeralarını düzgün qurmaq istəyən şəxslərə geniş informasiya verilib.Sərgidə təmsil olunan ölkələrdən Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr, Belarusya və Ukrayna ilə yanaşı Azərbaycanda uğurla fəaliyyət göstərən bir neçə təhsil müəssisələri də fəaliyyətləri haqqında geniş məlumatlar veriblər.
Eyni zamanda Təhsil Nazirliyinin həyata keçirdiyi "Sağlam Təhsil – Sağlam Millət" layihəsinin də geniş ictimaiyyətə təqdimatı həyata keçirilib.
Sərgidə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Qafqaz Universiteti, Ümumtəhsil məktəbləri və Araz Kursları geniş tərkibdə iştirak etdilər. Qafqaz Universiteti İctimaiyyətlə Əlaqələr prorektorluğunun əməkdaşları və tələbələr Universitetin son illərdə qazanmış olduqları uğurları, bexnəlxalq əlaqələri, fakultə və ixtisasları, qəbul qaydaları və keçid balları, tələbə mübadiləsi, təhsildə informasiya texnologiyalarının tətbiqi, habelə elmi-tədqiqat fəaliyyətləri haqqında sərgi iştirakçılarına geniş informasiya veriblər.Sonda sərginin təşkilatçıları tərəfindən Qafqaz Univeritetinə 7–ci Beynəlxalq Təhsil Sərgisinin “Ən fəal iştirakçıları" sertifikatı təqdim edilib.