Roza Zərgərli: Hər il Qafqaz Universiteti ilə birgə Qurban Kəsirik

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri hesab olunur. Bayramın bir sıra özünəməxsus xüsusiyyətləri mövcuddur. Belə ki, bayramda qurbanlar kəsilir, hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürür. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Bu bayramda hər bir imkanlı şəxslərin üzərinə böyük yük düşür.

 Din xadimləri isə əslində insanların kasıblara əl tutması üçün Qurban bayramını gözləməməli olmadıqlarını söyləyirlər. Bəs görəsən bizim məşhurlar Qurban bayramını necə keçirirlər? Onlar da kasıblara, kimsəsizlərə əl tuturlarmı? Sualımızı cavablandıran şou-biznes nümayəndələri nəinki bayram günlərində il ərzində bir neçə dəfə xeyriyyə tədbirlərində iştirak edərək öz müsəlman borcunu yerinə yetirdiklərini hesab edirlər.

 Estrada ifaçısı Roza Zərgərli ilə söhbətimiz zamanı Qurban bayramını hər il keçirdiyini və bunu bütün müsəlmanlara borcu hesab etdiyini söylədi: “Bu gün müsəlmanların müqəddəs bayramı olan Qurban bayramıdır. Bu bayramda hər il Qafqaz Universiteti ilə birgə qurban kəsirik və kəsdiyimiz qurbanı ehtiyacı olan ailələrə göndəririk. Bayramda qurban kəsdirmək hər bir insanın imkanından asılıdır. Hesab edirəm ki, qurban bayramını qeyd etmək hər bir müsəlmanın borcudur. Mən də sizin vasitənizlə müsəlmanları müqəddəs qurban bayramı münasibəti ilə təbrik edirəm. Xalqımın kəsdikləri qurbanları qəbul etməsini, allaha uzanan əllərin naümid qoymamağını və edilən bütün duaların qəbul olunmasını diləyirəm”.

 Müğənninin sözlərinə görə, o nəinki qurban bayramında, il ərzində bir neçə xeyriyyə tədbirlərində iştirak edir: “Dünən Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatında konsert verdim, bu gün isə uşaq evlərinə gedəcəyəm. Ümumiyyətlə, mən heç zaman xeyriyyə tədbirlərində geri qalmıram. Bunu hər kəs bilir”.

 İfaçılıq sənətini dəyişərək yalnız xına mərasimlərində təşkilatçı kimi fəaliyyət göstərən Xuraman Şuşalı Qurban bayramının hər bir müsəlmanın keçirə bilmədiyini, buna səbəb isə onların imkanlarının az olması ilə əlaqəli olduğunu söylədi: “Qurban bayramını hər il mütləq keçirirəm. Çünki bu bayram məhz müsəlmanlara xasdır. Allah qismət etsin ki, qurbanlarımızı hər il kəsə bilək. Kimin imkanı çatırsa qurbanı mütləq şəkildə kəsməlidir. Mən kimsəsizlərə, qocalar evinə gedib qurban kəsdirmirəm. Əvvəllər xeyriyyə tədbirlərə çox gedirdim. Tanıdığım imkansız ailələr var ki, kəsdiyim qurbanları onlara verirəm. İndi qocalar və ya kimsəsizlər evlərinə baxım yüksək səviyyədədir. Mən kəsdiyim qurbanları daha çox kasıb ailəlilərə paylayıram. Elə ailələr var ki, çox imkansızıdırlar və onlar kimdənsə yardım istəmirlər. Gözümlə görürəm ki, o insanların buna doğurdan da ehtiyacları var. O, insanlara yardım etməklə öz müsəlmanlıq borcumu yerinə yetirirəm. Onu da qeyd edim ki, qurban əti ilə bişirilən yeməklə çox dadlı olur. Bunu yəqin ki, evdar xanımlar daha yaxşı bilir”.

 Xuraman Şuşalı bayram günü olmasına baxmayaraq xınayaxdı məclisində iştirak etdiyini, bayramı bu şəkildə keçirdiyini söylədi: “Qurban bayramı günü mən bir gözəl xanımın xına mərasimində olub, xınayaxdı məclisi keçirəcəyəm. Yəni, bildiyiniz kimi içkisiz, haram olmayan bir məclisdə olacam. Öz qurban bayramıma gəlincə isə qurbanı bacım evinə gətirib, onu əzizləyib, yedizdirib, içizdirib, xınalayıb kəsəcəyik”.

 Elit Star Cəmilə kimi tanınan ifaçı Cəmilə İsgəndərova bizimlə söhbəti zamanı Qurban bayramı böyük sevinclə keçirildiyini qeyd etdi: “Allah kəsilən qurbanları qəbul etsin. İstərdim ki, Azərbaycan xalqı hər cəhətdən dünyada 1 nömrə olsun. Sabah mən də bütün müsəlmanlar kimi qurban kəsdirəcəyəm. Kəsdirdiyim qurbanları Zəngilan qaçqınlarına paylayacağam. Mən də ifaçılarımız kimi xeyriyyə tədbirlərində iştirak edirəm, ancaq əlimə pul düşən kimi Zəngilan qaçqınlarına kömək etməyə çalışıram. Çünki uşaq evlərinə gedən çoxdur, ancaq Zəngilan qaçqınlarını heç yada salan yoxdur”.

 Əməkdar artist Baloğlan Əşrəfov hazırda Masallı rayonunda olduğunu qurbanını da orada kəsdirəcəyini dedi: “2 gün bundan qabaq 1 nömrəli uşaq evində 73 kilo ət hədiyyə etdim. Ondan əlavə televiziya vasitəsi ilə başqa bir xeyriyyə tədbirlərində mahnılar oxudum. Ümumiyyətlə, mən xeyriyyə tədbirlərində çox iştirak edirəm. Bayram günü Allah taladan arzum budur ki, Azərbaycan xalqında daima əmin-amanlıq hökm sürsün. Allah arzum budur ki, qurbanlarımızı gələn il Qarabağda kəsdirək”.


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF