BPKİYİ Qafqaz”la əməkdaşlıq protokolu imzalayıb

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun (BPKİYİ) rektoru Asəf Zamanov Qafqaz Universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitetin fəaliyyəti və xarici əlaqələri haqda məlumat verib. Azərbaycanda gedən sürətli inkişaf sayəsində təhsil işcilərinin də ixtisasartırmalarına ehtiyac olduğunu vurğulayan prof. Ahmet Saniç BPKİYİ-nin önəmindən danışıb. O, Qafqaz Universiteti ilə BPKİYİ-nin birlikdə Türkiyənin Mevlana proqramında və beynəlxalq elmi inkişaf proqramlarında iştirak edəcəklərini qeyd edib. Professor Asəf Zamanov rəhbərlik etdiyi universitetin fəaliyyətindən Qafqaz Universiteti ilə imzalanan əməkdaşlıq protokolunun əhəmiyyətindən danışıb.


http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=52307

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF