Azərbaycan deyiləndə ayağa dur ki...


 İnsan üçün, dövlət üçün müstəqillikdən, azadlıqdan əziz nə ola bilər? 1991-ci ilin bir payız günü Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. 1991-ci il 18 oktyabrda Azərbaycan xalqı XX əsrin əvvəlində itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Tariximizin şanlı səhifəsindən sonra keçən 22 illik dövrə nəzər salsaq, görərik ki, bu illər ərzində xalqımız müstəqilliyin ona verdiyi imkanlardan layiq olduğu qədər bəhrələnib.

   Qafqaz Universiteti ailəsi bu şərəfli tarixin 22-ci ildönümünü günün ilk dərs saatına Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edərək Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasıyla başladı. Gün ərzində foyede müstəqillik tarixini əks etdirən slaydlar və Vətən tarixi haqda universitet əməkdaşları və tələbələri arasında aparılan sorğular görüntülənəcək... Biz inanırıq ki, 95 il əvvəl başımızın üstünə qaldırılan bayrağı Qarabağda başımızın üstündən endirənlərə qalib gələcəyik. Çünki Azərbaycanın müstəqilliyi "Dönməz, Daimi və Əbədi"dir.
                                                                                                           Mədəniyyət şöbə müdirliyi

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF