Dünyaya örnək ola biləcək bir Türk Dünyası arzusuyla…

Dünyaya örnək ola biləcək bir Türk Dünyası arzusuyla…


          Məsləki varlığından, Min qat böyükdür, böyük –
          Böyüklüyün rəmzidir    Dədə Heydər - Atatürk.
                          (Xəlil Rza Ulutürk)
      Qafqaz Universitetində Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 90-cı ildönümünə və böyük Mustafa Kamal Paşa Atatürkün xatirə gününə həsr olunmuş “Türkiyə Cumhuriyəti 90 Yaşında!” adlı ədəbi-bədii proqram  keçirildi. Türkiyə Cumhuriyyətinin İstiqlal marşının oxunması ilə başlayan proqramda  bu günün həm Azərbaycan xalqı üçün, həm də türk xalqı üçün əlamətdar və fərəhli bir gün olduğu xüsusilə vurğulandı. Türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində qazanılan qələbəyə həsr olunmuş mahnılarda, şeirlərdə Türkiyə Cümhuriyyətinin yaranma tarixi, keçdiyi şərəfli yol, əldə etdiyi uğurlara işıq tutuldu. Sürəkli alqışlarla müşayət olunan rəqs kollektivinin “Çırpınırdı Qara dəniz” rəqs-kompozisiyası proqrama xüsusi rəng qatdı.
Həm Türkiyə Cümhuriyyətinin və həm də Azərbaycan Respublikasının öz müstəqilliyini elan etmələrinin məhz oktyabr ayına düşməsi tale yaxınlığının bariz nişanəsi kimi diqqətə çatdırıldı. Proqramda iştirak edən qonaqlar  Türkiyəyə dostluq və qardaşlıq münasibətləri göstərən Qafqaz Universiteti kollektivinə öz təşəkkürlərini bildirdiər. 
                                                                                                                            Mədəniyyət şöbə müdirliyi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF