Türkiyənin Mühəndislik Təhsil Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Türkiyənin Mühəndislik Təhsil Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyinin (MÜDEK) rəhbəri Erbil Payzının başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, rektor Elmar Qasımov məktəbin yaranma tarixi, qısa müddətdə əldə etdiyi uğurlar, perspektiv planları haqqında qonaqlara ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan dünyanın neftin sənaye üsulu ilə çıxarılan ölkəsidir. Bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu məqsədlə beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi məktəbin qarşısında qoyulmuş ən önəmli məsələlərdəndir.
Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir.
Bildirilib ki, BANM üçün Türkiyənin təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq mühüm məsələdir.
Görüşdə çıxış edən MÜDEK-nın idarə heyətinin rəhbəri Erbil Payzı bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost ölkələr olmaqla yanaşı, eyni zamanda, bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir.
Qonaq bütün sahələrdə gündən-günə inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edib. E.Payzın rəhbəri olduğu qurumun bu təhsil ocağı ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduğunu bildirib.
Görüşdə Türkiyənin Fatih Universitetinin mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Əhmət Saniç və başqaları iştirak ediblər.
http://www.yeniazerbaycan.com/SonXeber_e1168_az.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF