Qafqaz Universiteti Beynəlxalq Konfrans keçirir

 


Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq Konfransı 2-ci günündə bölmələr üzrə Moskva Dövlət universitetinin Bakı filialında  və Qafqaz universitetində öz işini davam etdirir. Bu barədə Modern.az-a Qafqaz universitetinin mətbuat xidmətindən məlumat verilib. Moskva Dövlət universitetinin Bakı filialında  İspaniyalı alim Ms. Iwona Maciejewska "European Collaborating R&D&i Program - EUREKA - FP7 and Horizon 2020"  mövzusunda çıxış edib. Həmin universitetdə Beynəlxalq informasiya  təhlükəsizliyi  konsorsioumunun görüşü olub. Amerika, İsrail, Rusiya, Kazaxstan, Belarusiya, Fransa və ümumilikdə 12 ölkənin alimləri iştirak ediblər. Görüşdə İnformasiya texnologiyalarının qanunvericiliyi və texniki təhlükəsizlik məsələləri müzakirə olunub. Rusiya Çin Özbəkistan və Tacikistan dövlətləri tərəfindən verilmiş Təhlükəsizlik konvesiyası müzakirə olunaraq, BMT-yə təklif olunacaq. Eyni zamanda, İT üzrə lüğət hazırlanmasıda nəzərdə tutulur. ABŞ və Rusiya tərəfindən 30 termin hazırlanıb.
http://modern.az/articles/46424/1/

Modern.az 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF