Türkiyənin Mühəndislik Təhsili Proqramları Dəyərləndirmə və Akkreditasiya Dərnəyinin nümayəndə heyəti Bakı Ali Neft məktəbində olmuşdur
28 Oktyabr 2013 Türkiyənin Mühəndislik Təhsili Proqramları Dəyərləndirmə və Akkreditasiya Dərnəyinin (MÜDEK) İdarə Heyətinin rəhbəri Erbil Payzın, təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç və həmin universitetin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olmuşlar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurlar, gələcək planları və perspektivləri haqqında qonaqlara məlumat vermişdir. E.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında danışaraq qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. Türkiyənin təhsil sahəsində əldə etdiyi uğurl...