Universitet-iş dünyası əməkdaşlığı müzakirə edilir




Universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə real töhfələr verən Qafqaz Universiteti növbəti bir beynəlxalq konfransa ev sahibliyi edir. Bu barədə universitetdən məlumat verilib. Qurulduğu tarixdən etibarən fəaliyyətində universitet-iş dünyası əməkdaşlığına xüsusi əhəmiyyət verən Qafqaz Universiteti bu yanaşmanın əhəmiyyətini nəzərə alaraq texnopark fəaliyyətinə də başlayıb. 
Sosial-iqtisadi inkişafa səmərəli töhfələr vermək üçün fəaliyyətini genişləndirən Qafqaz Universiteti hazırladığı məzunları (kadrları), eləcə də elmi-tədqiqatların istiqamətini iş dünyası ilə əməkdaşlıq əsasında həyata keçirir. Universitet-iş dünyası əməkdaşlığı təsərrüfatın müxtəlif sahələrində mövcud olan fərqli problemlərin birgə həllində mühüm rol oynayır. Belə bir yanaşma isə universitetin fəaliyyətini daha da səmərəli edir. Universitetdə həyata keçirilən fəaliyyətlərin iş dünyasının problemlərinin həllində müsbət rol oynaması isə iş adamlarının əməkdaşlığa maraq göstərməsinə səbəb olur. İş dünyasının təmsilçiləri olan şirkətlərin daimi inkişafetmə (böyümə) maraqları universitetlərdə formalaşdırılmış ekosistemlərin imkanları ilə təmin edilir. Universitetlərdə sənayeçilərin maraqlarını təmin edən ekosistemlər isə universitet-iş dünyası əməkdaşlığının səmərəli nəticəsidir. 
Dünyanın inkişaf etmiş ölkələrində universitetlər səmərəli fəaliyyətləri ilə cəmiyyətin hərtərəfli inkişafında mühüm rol oynayırlar. Türkiyənin Fatih Universiteti ilə birgə təşkil edilən “Universitet-iş dünyası əməkdaşlığı” konfransında Azərbaycandan dövlət və özəl sektora aid müəssisələrin nümayəndələri, iş adamları, mütəxəssislər və tələbələrlə yanaşı, Türkiyədən xeyli mütəxəssis və iş adamları da iştirak edir. Konfransda universitet-iş dünyası əməkdaşlığının fərqli sahələrində səmərəli inkişafın metodları, eləcə də qarşıya çıxan problemlərin həlli istiqamətində mütəxəssislər tərəfindən təqdimatlar ediləcək.

İlkin 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF