Qafqaz Universitetində beynəlxalq konfrans

Bakıda Türkiyənin Fatih Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə "Universitet-iş dünyasi əməkdaşliği" mövzusunda beynəlxalq konfrans keçirilir.
Qafqaz Universitetindən verilən məlumata görə, konfrans iyunun 8-də yekunlaşacaq. Konfransda Azərbaycandan dövlət və özəl sektora aid müəssisələrin nümayəndələri, iş adamları, mütəxəssislər, tələbələrlə yanaşı Türkiyədən də xeyli mütəxəssis və iş adamları iştirak edir. Konfransda universitet-iş dünyası əməkdaşlığının fərqli sahələrində səmərəli inkişafın metodları, eləcə də qarşıya çıxan problemlərin həlli istiqamətində mütəxəsisslər tərəfindən təqdimatlar ediləcək.
Konfransda qeyd edilib ki, universitet-iş dünyası əməkdaşlığına xüsusi əhəmiyyət verən Qafqaz Universiteti bu yanaşmanın əhəmiyyyətini nəzərə alaraq texnopark fəaliyyətinə də başlayıb.
Sosial-iqtisadi inkişafa səmərəli töhvələr vermək üçün fəaliyyətini genişləndirən Qafqaz Universiteti kadr hazırlığını, eləcə də elmi tədqiqatların istiqamətini iş dünyası ilə əməkdaşlıq əsasında həyata keçirir.
Universitet-iş dünyası əməkdaşlığı təsərrüfatın müxtəlif sahələrində mövcud olan fərqli problemlərin birgə həllində mühüm rol oynayır. Belə bir yanaşma isə universitetin fəaliyyətini daha da səmərəli edir. İş dünyasının təmsilçiləri olan şirkətlərin daim inkişaf etmə maraqları universitetlərdə formalaşdırılmış ekosistemlərin imkanları ilə təmin edilir. Universitetlərdə sənayeçilərin maraqlarını təmin edən ekosistemlər isə universitet-iş dünyası əməkdaşlığının səmərəli nəticəsidir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF