Türkiyənin Türk Sənət Musiqi Qrupu Azərbaycanda konsert verecək
Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/
Türkiyə Cumhuriyyətinin Ondokuz Mayıs Universitetinin 41 nəfərlik Türk Sənət Musiqi Qrupu Azərbaycanda Yaşıl teatrda konsert verecək .
Qafqaz Universitetindən Trend-ə verilən məlumata görə, iyunun 26-da Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOKAR), Türkiyə Cumhuriyyəti Ondokuz Mayıs Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə "Musiqi Festivalı "keçiriləcək. Ondokuz Mayıs Universitetinin 41 nəfərdən ibarət xor qrupu Türk Sənət Musiqisinin görkəmli bəstəkarlarının seçilmiş əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Konsert Metin Solmazın rəhbərliyi ilə keçiriləcək. Tədbirdə Türkiyə Cumhuriyyəti dövlət sənətçiləri də iştirak edəcəklər.
İki hissədən ibarət konsertdə 23 xalq mahnısı səsləndiriləcək. Ondokuz Mayıs Universiteti 1975-ci ildə qurulmuş dövlət universitetidir. Universitetin mərkəzi Türkiyənin dilbər guşələrindən sayılan Samsun şəhərində yerləşir. 41 nəfərdən ibarət olan heyyət 3 gün Azərbaycanın müxəlif tarixi abidələrini ziyarət edəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az