Tələbəmiz Kərimova Pərvanənin “Bir Sevda Səslənir” adlı yeni çapdan çıxmış kitabının təqdimat mərasimi keçirilib.

Hər zaman gənclərə dəstək verən və qayğı göstərən Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç Bəyin təşəbbüsü ilə 11 İyul 2013 tarixində universitetin İngilis Dili və Ədəbiyyatı fakültəsinin 4-cü kurs tələbəsi, Yazıçılar Birliyinin üzvü, Prezident Təqaütçüsü Kərimova Pərvanə Namiq qızının “Bir Sevda Səslənir” adlı yeni çapdan çıxmış kitabının təqdimat mərasimi keçirilib.
Rektor bəy təhsil dövründə dərslərində əldə etdiyi yüksək nəaliyyətlərə, nümunəvi davranışına, ədəbi fəaliyyətinə görə  tələbəmizi “Təşəkkürnamə” ilə təltif edib.
Tədbirdə Prof. Dr. Ahmet Saniç, “Vektor” Beynəlxalq Elm Mərkəzinin Prezidenti, Avrasiya Mədəniyyət Səfiri Prof. Dr. Elçin İsgəndərzadə, bir sıra müəllimlər, sözügedən tələbənin valideynləri və qonaqlar öz ürək sözlərini söyləyib.

Xatırladak ki, “Bir Sevda Səslənir” müəllifin sayca səkkizinci kitabıdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF