Azərbaycanın paytaxtında tələbələrin “Univiziya” birinci Beynəlxalq mahnı müsabiqəsi keçirilmişdir
Bakı, 21 iyun (AzərTAc). İyunun 21-də Bakıda, Heydər Əliyev Sarayında “Birinci ol” şüarı altında tələbələrin “Univiziya” birinci Beynəlxalq mahnı müsabiqəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə reallaşmışdır.
Müsabiqədə 20 ölkənin hər birindən ali və orta ixtisas təhsili müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 1 tələbə ifaçı və 1 münsif iştirak etmişdir.
Azərbaycanı isə beynəlxalq yarışmada tələbələrin “Univiziya” ikinci mahnı müsabiqəsinin qalibi, Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə təmsil etmişdir.
Məlumat verilmişdir ki, müsabiqənin şərtlərinə əsasən, münsiflər öz ölkələri istisna olmaqla təmsilçilərin hər birinə müvafiq olaraq 1-dən 12-dək bal verəcəklər. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaqdır. İlk üç yerin sahibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin ümumi mükafat fondu 6 min avro təşkil edir.
Yarışmandan əvvəl çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov müsabiqə iştirakçılarına uğurlar arzulamışdır. Bildirmişdir ki, 2 il bundan əvvəl Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə başlanan bu mahnı yarışmasının indi beynəlxalq mahiyyət kəsb etməsi qürurvericidir.
Müsabiqənin gənclər tərəfindən sevildiyini qeyd edən A.Rəhimov səhnədə maraqlı musiqi nömrələri olacağına və ən güclülərin qalib gələcəyinə əminliyini bildirmişdir.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov da iştirakçılara uğurlar arzulamış, bu müsabiqədə müxtəlif dillərə və mədəniyyətlərə mənsub olan tələbələrin eyni dildə danışacaqlarını vurğulamışdır.
İlk olaraq səhnəyə çıxan Türkiyə təmsilçisinin çıxışı alqışlarla qarşılanmışdır. Bunun ardınca Braziliya, Meksika, Qırğızıstan, Litva, Qazaxıstan, Rusiya, Estoniya, İndoneziya, Rumıniya, Albaniya və digər ölkələrin təmsilçiləri bir–birindən maraqlı musiqi nömrələri ilə əsl şou göstərmişlər.
Səsvermənin nəticələrinə əsasən, Litvanın təmsilçisi müsabiqənin qalibi olmuşdur. Rumıniya və Rusiya təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşmüşlər.