Qafqaz Universitetinin əməkdaşı EconAnadolu 2013 beynəlxalq konfransında Azərbaycanı təmsil etmişdir.
19-21 iyun tarixləri arasında tələbə sayına görə dünyanın ikinci ən böyük universiteti olan Anadolu Universitetində iki ildən bir keçirilən EnonAnadolu konfransının üçüncüsü keçirilmişdir.Konfransda 20 dən çox ölkədən üçyüzə yaxın elm adamı iştirak etmişdir.İştirakçılar arasında dünyanın bir çox məşhur iqtisadçıların olduğu konfransda Azərbaycanı Qafqaz Universitetinin Maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanov təmsil etmişdir. Konfransın təşkilat komitəsinin xüsusi dəvəti ilə konfransda iştirak edən əməkdaşımız“Azərbaycanın Türkiyənin enerji sektorundakı investisyalarının Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına təsiri” mövzusundakı tədqiqatı ilə çıxış etmişdir. Bu il konfransın keçirildiyi Eskişeherin Türk Dünyası Mədəniyyət Paytaxtı olması dolayısıyla konfransda Türk Dünyası paneli nəzərdə tutulmuş və bu paneldə Azərbaycan, Qazaxıstan , Qırgızıstan və Türkiyədən hər ölkəyi təmsilən bir məruzə nəzərdə tutulmuşdur.Bu paneldə çıxış edən Elçin Süleymanovun təqdimatı konfrans iştirakçıları və tələbələr tərəfindən maraqla qarşılanmışdır.3 gün davam edən konfransda dünyanın məşhur iqtisadçıları ilə Azərbaycan iqtisadiyyatı haqqında disskusya və muzakirələr aparılmışdır.Qeyd edək ki Azərbaycan iqtisadiyyatı haqqında 4 kitab və 60 dan çox məqaləsi olan Elçin Süleymanovun son üç ildə iştirak etdiyi beynəlxalq səviyyəli iyirminci konfransıdır.Eyni zamanda Center for Promoting Ideas (CPI) , USA tərəfindən nəşr olunan International Journal of Business and Social Science (IJBSS) elmi jurnalının 2013 iyun ayı son sayısında əməkdaşımızın həmmüəllifi oldugu Azərbaycan iqtisadiyyatı ilə əlaqəli başqa bir elmi tədqiqatı da nəşr olunmuşdur.