Qafqaz Universiteti Meksika Finalında

Qafqaz Universiteti Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin Tələbə üzvləri həyata keçirdikləri biznes və sosial layihələri ilə Azərbaycanın 13 ali məktəbi arasında Bakıda Monolit Plazada keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, Qafqaz Universiteti komandası Azərbaycan çempionu olub və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Qafqaz Universiteti Enactus Komandası yarışda iki sosial və iki biznes layihə ilə çıxış edib. "Yaşıl şəhərcikdən Yaşıl Bakıya" adlı layihənin məqsədi Universitetlərdə kağız tullantıları azaltmaq və mərkəzləşdirilmiş təkrar kağız emalı sistemi formalaşdırmaqdır. Layihənin ikinci mərhələsində Qafqaz Universitetinin tələbələri yerli şirkətlərdən biri ilə razılaşaraq kağız torbaların istehsalına başlanılacaq və ətraf mühitə daha təhlükəli olan plastik paketlərə alternativ olaraq Bakı şəhərindəki supermarketlərdə kağız torbalar təklif olunacaq.

Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin Tələbə üzvləri tərəfindən idarə edilən"Əl-ələ" layihəsi universitetə yaxın ərazilərdə yaşayan az təminatlı ailələr ilə kiçik biznesə başlamağı qarşılarına məqsəd qoyub.

Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan digər iki biznes layihənin məqsədi isə iki yerli şirkətə öz bazar payını artırmaq və nəticədə beynəlxalq bazarlara daxil olmaq üçün yardım etməkdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF