Seyid Yəhyanın dünyada tanınması çox önəmlidir

 
 Seyid Yəhya Şirvani (Bakuvi) saytının (www.seyidyahyashirvani.az)  təqdimatı keçirilib. 
qhtxeber.az-ın məlumatına görə, tədbirdə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək bildirib ki,  S.Y. Şirvani irsinin tanıdılması və təbliği istiqamətində silsilə tədbirlər hazırlanıb : “  Hazırlanmış  sayt  bu tədbirlərdən biridir.   Gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulan səhifə Seyid Yəhya irsi ilə maraqlananlar üçün dəyərli mənbə olacaq. Saytın ingilis, rus və türk dilində olması planlaşdırılır”.
Daha sonra çıxış edən Seyid Yəhya Şirvani irsinin araşdırıcısı Mehmet Rıhtım saytın hazırlanmasında əziyyəti olan hər kəsə minnətdarlığını bildirib.  O, 550 illiyi qeyd olunan dühanın Türk dünyası və Balkanlardakı təsirindən geniş danışıb.  Alim S.Yəhyanın dünyagörüşü, əsərləri, təsəvvüf ədəbiyyatı, xəlvətilik və digər təriqətlər, eləcə də saytda yer alan başqa informasiyalar, eləcə də onun Bakıda olduğu müddət haqqında məlumat verib. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF