Azərbaycanlı tələbələr Meksikada keçiriləcək Dünya Kubokunda təmsil olunacaq





Qafqaz Universiteti Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin
Tələbə üzvləri həyata keçiridikləri biznes və sosial layihələri ilə
Azərbaycanın 13 ali məktəbi arasında Bakıda Monolit Plazada keçirilən
Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak edib. Bu barədə
Publika.Az-a Qafqaz Unversitetindən məlumat verilib.

Qafqaz Universiteti komandası Azərbaycan çempionu olub və sentyabr ayında
Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil
etmək hüququ əldə edib.

Qafqaz Universiteti Enactus Komandası yarışda iki sosial və iki biznes
layihə ilə çıxış edib. "Yaşıl şəhərcikdən Yaşıl Bakıya" adlı layihənin
məqsədi Universitetlərdə kağız tullantıları azaltmaq və mərkəzləşdirilmiş
təkrar kağız emalı sistemi formalaşdırmaqdır.

Layihənin ikinci mərhələsində Qafqaz Universitetinin tələbələri yerli
şirkətlərdən biri ilə razılaşaraq kağız torbaların istehsalına başlanılacaq
və ətraf mühitə daha təhlükəli olan plastik paketlərə alternativ olaraq
Bakı şəhərindəki supermarketlərdə kağız torbalar təklif olunacaq.

Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin Tələbə üzvləri tərəfindən
idarə edilən "Əl-ələ" layihəsi universitetə yaxın ərazilərdə yaşayan az
təminatlı ailələr ilə kiçik biznesə başlamağı qarşılarına məqsəd qoyub. Az
gəlirli ailələr üçün əlavə gəlir təmin etməkdən əlavə, bu layihənin digər
məqsədi kiçik biznes üçün planlanmanın aparılması və kiçik biznes ilə bağlı
riskləri idarə etmək üçün bu ailələri maarifləndirməkdir.

Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan digər iki biznes
layihənin məqsədi isə iki yerli şirkətə öz bazar payını artırmaq və
nəticədə beynəlxalq bazarlara daxil olmaq üçün yardım etməkdir. Bu iki
biznes layihəsində Qafqaz Universitetinin tələbələri bu şirkətlərin yeni
məhsulları üçün marketinq və təchizat zənciri strategiyaları hazırlayıb və
e-ticarətin qurulmasına kömək edib. 

Müsabiqədə təqdim olunan biznes və sosial layihələr haqqında ətraflı məlumat Qafqaz Universitetinin
Sahibkarlığın inkişafı və Tədqiqat Mərkəzinin saytından (www.cedrqu.org)
əldə oluna bilər.

Vasif Həsənli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF