Qafqaz Universitetinin tələbələri Meksikada keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək


Qafqaz Universiteti Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin Tələbə üzvləri həyata keçiridikləri biznes və sosial layihələri ilə Azərbaycanın 13 ali məktəbi arasında Bakıda Monolit Plazada keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak etmişdir. Qafqaz Universiteti komandası Azərbaycan çempionu olmuş və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə etmişdir.
Qafqaz Universiteti Enactus Komandası yarışda iki sosial və iki biznes layihə ilə çıxış etmişdir."Yaşıl şəhərcikdən Yaşıl Bakıya" adlı layihənin məqsədi Universitetlərdə kağız tullantıları azaltmaq və mərkəzləşdirilmiş təkrar kağız emalı sistemi formalaşdırmaqdır.Layihənin ikinci mərhələsində Qafqaz Universitetinin tələbələri yerli şirkətlərdən biri ilə razılaşaraq kağız torbaların istehsalına başlanılacaq və ətraf mühitə daha təhlükəli olan plastik paketlərə alternativ olaraq Bakı şəhərindəki supermarketlərdə kağız torbalar təklif olunacaq.
Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin Tələbə üzvləri tərəfindən idarə edilən"Əl-ələ" layihəsi universitetə yaxın ərazilərdə yaşayan az təminatlı ailələr ilə kiçik biznesə başlamağı qarşılarına məqsəd qoymuşdur. Az gəlirli ailələr üçün əlavə gəlir təmin etməkdən əlavə, bu layihənin digər məqsədi kiçik biznes üçün planlanmanın aparılması və kiçik biznes ilə bağlı riskləri idarə etmək üçün bu ailələri maarifləndirməkdir. Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan digər iki biznes layihənin məqsədi isə iki yerli şirkətə öz bazar payını artırmaq və nəticədə beynəlxalq bazarlara daxil olmaq üçün yardım etməkdir. Bu iki biznes layihəsində Qafqaz Universitetinin tələbələri bu şirkətlərin yeni məhsulları üçün marketinq və təchizat zənciri strategiyaları hazırlamış və e-ticarətin qurulmasına kömək etmişdir. Müsabiqədə təqdim olunan biznes və sosial layihələr haqqında ətraflı məlumat Qafqaz Universitetinin Sahibkarlığın inkişafı və Tədqiqat Mərkəzinin saytından (www.cedrqu.org) əldə oluna bilər.
http://www.reportyor.com/?cat=cemiyyet&id=12830

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF