Qafqaz Universiteti beynəlxalq konfransa ev sahibliyi edir



Fatih Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə “Universitet-iş dünyası əməkdaşlığı” beynəlxalq konfransı keçirilir.
Universitetin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, Qafqaz Universiteti beynəlxalq konfransa ev sahibliyi edir.

Universitetdə yarışmanın əhəmiyyəti nəzərə alınaraq texnopark fəaliyyətinə başlayıb.

Fatih Universiteti ilə birgə təşkil edilən “Universitet-iş dünyası əməkdaşlığı” konfransında Azərbaycandan dövlət və özəl sektora aid müəssisələrin nümayəndələri, iş adamları, mütəxəssislər və tələbələrlə yanaşı, Türkiyədən xeyli mütəxəssis və iş adamları iştirak edir.

Konfransda universitet-iş dünyası əməkdaşlığının fərqli sahələrində səmərəli inkişafın metodları, eləcə də qarşıya çıxan problemlərin həlli istiqamətində mütəxəssislər tərəfindən təqdimatlar ediləcək.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF