“IEEE” nüfuzlu beynəlxalq təşkilatının rəqəmli kitabxanalarından pulsuz istifadə müddəti uzadılıb
Belə ki, bu sınaq abunə Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetlərinin müəllim, tələbə və elmi işçi heyətinə iyunun 14-nə qədər açıq olacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “IEEE” Azərbaycan şöbəsinin sədri, Qafqaz Universitetinin Kompüter Mühəndisliyi Bölməsinin rəhbəri, professor Abzetdin Adamov məlumat verib.
“Sınaq abunə dövrü ərzində sizin və həmkarlarınızın bütün “IEEE” jurnallarından, dövri nəşrlərindən, “IEEE” konfranslarının materialları və aktiv standartlarından məhdudiyyətsiz istifadə imkanınız olacaq”- deyən A.Adamov qeyd edib ki, xüsusi sınaq istifadəsi “IEEE” jurnallarında, konfrans və standartlarda 3 milyondan artıq tam-mətn sənədlərə əlçatanlığı təmin edəcək.
Buraya 160-dan artıq dünyanın ən yüksək təsir faktoruna (Impact Factor) malik “IEEE” jurnalları, 26 IET jurnalları və bundan başqa 20-dən artıq IET konfrans başlıqları, 1,200-dən artıq “IEEE” konfrans materialları, 2,400-dən artıq təsdiqlənmiş və nəşr edilmiş “IEEE” standartları daxildir: “IEEE” texnologiyanın inkişafı üçün dünyanın ən böyük professional birliyi sitat jurnallar, konfrans materialları, elektrik mühəndisliyi, güc və enerji, dayanıqlı enerji, yüksək gərginlik şəbəkəsi və bir çox əlaqəli texnologiyaların standartlarının nəşri sahəsində liderdir.
Müəyyən olunmuş tarixdə sınaq abunədən istifadə etmək üçün http://ieeexplore.ieee.org səhifəsinə daxil olmaq lazımdır. Bu səhifə sizin İP ünvanınıza uyğunlaşdırılacaq və beləliklə, heç bir istifadəçi adı və şifrə lazım olmayacaq. İP ünvanınızı bildirmək üçün http://ieee.qu.edu.az IEL-Trial-Azerbaijan” linkində qeydiyyatdan keçmək vacibdir”. “IEEE” Azərbaycan şöbəsinin sədri əlavə edib ki, “IEEE Xplore” Rəqəmsal Kitabxanasını istifadə etdikdən sonra bu xidmət haqında geri dönüş almaq məqsədilə qısa anketi doldurmaq da lazımdır: “Bir neçə dəqiqə vaxt sərf ediləcək ankethttp://ieee.qu.edu.azIEL-Survey-Azerbaijan” linkində doldurulmalıdır”.
http://www.ictnews.az/read-24397-news-1.html
Həqiqət İSABALAYEVA