Qafqaz Universitetində “Universitet-iş dünyası əməkdaşlığı” beynəlxalq konfransı keçirilir
Universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə real töhfələr verən Qafqaz Universiteti növbəti bir beynəlxalq konfransa ev sahibliyi edir. İlk olaraq çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, qurulduğu tarixdən etibarən fəaliyyətində universitet-iş dünyası əməkdaşlığına xüsusi əhəmiyyət verən Qafqaz Universiteti bu yanaşmanın əhəmiyyyətini nəzərə alaraq texnopark fəaliyyətinə də başlamışdır. Sosial-iqtisadi inkişafa səmərəli töhfələr vermək üçün fəaliyyətini genişləndirən Qafqaz Universiteti hazırladığı məzunları (kadrları), eləcə də elmi-tədqiqatların istiqamətini iş dünyası ilə əməkdaşlıq əsasında həyata keçirir. Onun sözlərinə görə, konfransda 20-dən artıq universitetin nümayəndələri iştirak edir. Azərbaycanın irəli aparılması üçün universitet-iş dünyası əməkdaşlığı vacibdir.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin İnkişaf və Planlaşdırma Müşaviri Ferruh Tiğli ölkəsinin iqtisadi inkişafında bu amilin rolundan danışıb. Onun sözlərinə görə, bu vaxta qədər Türkiyənin iqtisadi cəhətdən inkişaf etdirilməsi üçün 9 proqram həyata keçirilib. 10-cu proqram isə artıq reallaşdırılmaqdadır. Azərbaycanda da buna bənzər proqramlar var. Onlardan ən vacibi «Gələcəyə baxış» konsepsiyasıdır. Hər bir dövlətin iqtisadi inkişafında insan qaynaqları başlıca yer tutur. Onun inkişafı isə universitetlərin üzərinə düşür.
AR İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar ETİ-nun direktor müavini Rüfət Hüseynəliyev isə Azərbaycanın iqtisadi inkişaf modelindən danışaraq konfransın mövzusu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Universitet-iş dünyası əməkdaşlığı təsərrüfatın müxtəlif sahələrində mövcud olan fərqli problemlərin birgə həllində mühüm rol oynayır. Belə bir yanaşma isə universitetin fəaliyyətini daha da səmərli edir. Universitetdə həyata keçirilən fəaliyyətlər iş dünyasının problemlərinin həllində müsbət rol oynaması isə, iş adamlarının əməkdaşlığa maraq göstərməsinə səbəb olur.
TUSİAB İH sədr müavini Necmeddin Tasbai isə vurğulayıb ki, iş dünyasının təmsilçiləri olan şirkətlərin daimi inkişaf etmə (böyümə) maraqları universitetlərdə formalaşdırılmış ekosistemlərin imkanları ilə təmin edilir. Universitetlərdə sənayeçilərin maraqlarını təmin edən ekosistemlər isə universitet-iş dünyası əməkdaşlığının səmərli nəticəsidir. Dünyanın inkişaf etmiş ölkələrində universitetlər səmərəli fəaliyyətləri ilə cəmiyyətin hərtərəfli inkişafında mühüm rol oynayırlar.
Qeyd edək ki, T.C.-nin Fatih Universiteti ilə birgə təşkil edilən “Universitet-iş dünyası əməkdaşlığı” konfransında Azərbaycandan dövlət və özəl sektora aid müəssisələrin nümayəndələri, iş adamları, mütəxəssislər və tələbələrlə yanaşı, Türkiyədən xeyli mütəxəssis və iş adamları da iştirak edir. Konfransda universitet-iş dünyası əməkdaşlığının fərqli sahələrində səmərəli inkişafın metodları, eləcə də qarşıya çıxan problemlərin həlli istiqamətində mütəxəssislər tərəfindən təqdimatlar ediləcək. Konfransın işində aşağıdakı mövzular əsasında müzakirələr aparılacaq: Universitet və sənaye inkişafında qlobal inkişaflar, universitet və sənaye əməkdaşlığında təhsilin əhəmiyyəti. Fürsətlər və təhdidlər, iş dünyası baxımından universitetlə əməkdaşlıq, Türkiyə - Azərbaycan əməkdaşlığında fürsətlər və təhdidlər. Konfransın işinə “Azersun Holdinq” maliyə köməkliyi ilə dəstək verir.