19 Mayıs Universitetinin xor qrupu Qafqaz Universitetində

 İyunun 26-da Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Ondoqquz Mayıs Universiteti və Qafqaz Universiteti  birgə təşkilatçılığı ilə keçiriləcək musiqi festivalı çərçivəsində ölkəmizdə səfərdə olan 19 Mayıs Universitetinin 41 nəfərdən ibarət xor qrupu  rəhbərliyi bugün də Qafqaz Universitetindi ziyarət etdi. Universitetlə tanışlıqlarından məmnunluq bildirən qonaqlar Rektor Ahmed Saniç bəylə nahar süfrəsi arxasında səmimiı söhbətlər etdilər. Xatırladaq ki, 19 Mayıs Universitetinin 41 nəfərdən ibarət xor qrupu Metin Solmazın rəhbərliyi ilə türk sənət musiqisinin görkəmli nümayəndələrinin seçilmiş əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Tədbirdə Türkiyə Cümhuriyyəti dövlət sənətçiləri də iştirak edəcəklər.

İki hissədən ibarət konsertdə 23 xalq mahnısı səsləndiriləcək. Daha sonra 41 nəfərdən ibarət olan heyət 3 gün Azərbaycanın müxtəlif tarixi abidələrini, gəzməli-görməli yerlərini ziyarət edəcəkər.

Nicat

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF