Bakıda VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu işə başlamışdır

İyunun 27-də Qafqaz Universitetində VII Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi simpoziumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, türk dünyasının öndəri, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş simpozium "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutu, Türkiyənin Səlcuq Universiteti və Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi tərəfindən təşkil olunmuşdur.

Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbir türk dünyasında mədəni irsin araşdırılması, qorunması, təbliği, zəngin türk mədəniyyəti, incəsənəti, türk tarix və ədəbiyyatının dəyərləndirilməsi, türkdilli ölkələrdə mədəni və arxeoloji turizmin təbliği və digər mövzuları əhatə edir.

Əvvəlki simpoziumlar Türkiyə, Misir, İspaniya və İtaliyada keçirilmişdir.

Beynəlxalq simpozium iyunun 29-da başa çatacaqdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF