Elektron ticarətin qurulmasına yardım edən marketinq və təchizat zənciri strategiyaları hazırlanıb


Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tələbə üzvləri həyata keçirdikləri biznes və sosial layihələri ilə Azərbaycanın 13 ali məktəbi arasında Bakıda keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında ("Enactus") iştirak edib.

Qafqaz Universiteti komandası Azərbaycan çempionu olub və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin sözlərinə görə, Qafqaz Universitetinin "Enactus" komandası yarışda iki sosial və iki biznes layihə ilə çıxış edib.

"Yaşıl şəhərcikdən Yaşıl Bakıya" adlı layihənin məqsədi universitetlərdə kağız tullantıları azaltmaq və mərkəzləşdirilmiş təkrar kağız emalı sistemi formalaşdırmaqdır: "Layihənin ikinci mərhələsində Qafqaz Universitetinin tələbələri yerli şirkətlərdən biri ilə razılaşaraq kağız torbaların istehsalına başlanılacaq və ətraf mühitə daha təhlükəli olan plastik paketlərə alternativ olaraq Bakı şəhərindəki supermarketlərdə kağız torbalar təklif olunacaq.

Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin Tələbə üzvləri tərəfindən idarə edilən "Əl-ələ" layihəsi isə universitetə yaxın ərazilərdə yaşayan aztəminatlı ailələr ilə kiçik biznesə başlamağı qarşılarına məqsəd qoyub. Azgəlirli ailələr üçün əlavə gəlir təmin etməkdən başqa layihənin digər məqsədi kiçik biznes üçün planlanmanın aparılması və kiçik biznes ilə bağlı riskləri idarə etmək üçün bu ailələri maarifləndirməkdir".

Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan digər iki biznes layihənin məqsədi isə iki yerli şirkətə öz bazar payını artırmaq və nəticədə beynəlxalq bazarlara daxil olmaq üçün yardım etməkdir. Bu iki biznes layihəsində Qafqaz Universitetinin tələbələri bu şirkətlərin yeni məhsulları üçün marketinq və təchizat zənciri strategiyaları hazırlayıb və e-ticarətin qurulmasına kömək edib. Müsabiqədə təqdim olunan biznes və sosial layihələr haqqında ətraflı məlumat Qafqaz Universitetinin Sahibkarlığın inkişafı və Tədqiqat Mərkəzinin saytından (www.cedrqu.org) əldə oluna bilər.

Həqiqət İSABALAYEVA . 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF