Qafqaz Universitetində 16-cı məzuniyyət gecəsi keçirildi



Qafqaz Universiteti 20 illik fəaliyyəti dövründə bu gün 16-cı buraxılışını qeyd edir. Bu gün Universitetdə 2013-cü il məzunlarına həsr olunmuş "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında təntənəli məzuniyyət gecəsi keçirildi. Məlumat üçün bildirək ki, 1993-cü ildə fəaliyyətə başlayan universitet  bu il mühəndislik fakültəsindən 65, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində 170 və magistratura pilləsində isə 160 tələbə olmaqla 550 tələbəsini məzun edir. Qafqaz Universitetinin tələbələri 2012/2013-ci tədris ilində bir çox nailiyyətlərə imza atmışlar.
Belə ki, 18 noyabr 2012-ci il tarixində Qafqaz Universitetində təşkil olunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM Beynәlxalq müsabiqәsi"nin dörddəbir final mərhələsində Azәrbaycan bölgәsi üzrә komanda müsabiqəsində I yer-Azərbaycan Çempionu, II yer və 2 III yer; 2-5 dekabr 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində təşkil olunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM Beynәlxalq müsabiqәsi"nin yarım final mərhələsi, Cənubi Qafqaz açıq birinciliyi komanda müsabiqəsində 2 III dərəcəli diplom, fərdi müsabiqədə II dərəcəli və III dərəcəli diplom; 28 aprel 2013-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası»nda komanda müsabiqəsində I yer, 2 II yer və III yerə layiq görülmüşlər.
Eyni zamanda Azərbaycanın 13 ali məktəbi arasında Bakıda keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak edən Qafqaz Universitetinin komandası Azərbaycan çempionu olub və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)  təşkilatçılığı il' "Univision" - tələbələrin II mahnı müsabiqəsinin final mərhələsində Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə 1-ci yer tutub.  Bu gün Qafqaz Universitetində keçirilən "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında təntənəli məzuniyyət gecəsində çıxış edən rektor Ahmet Saniç bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir" .Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duyduğunu dilə gətirdi. Sonra valideynlərə , müəllim heyətinə, məzunlara ürək sözlərini bildirən rektor dedi: " Əziz valideynlər ! Minbir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz" . Rektor müəllim heyətinə müraciətində bunları dedi :
"Hörmətli - müəllim heyəti! Bugün çəkdiyiniz zəhmətin bəhrəsi artıq məzun adı alaraq həyat məktəbinə yola salırıq . Hədəfinizi bilirəm bir dünya Universiteti olma yolunda sürətlə irəliləyirsiniz. Qafqaz Universiteti 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duymaqdadır."
Sevgili məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara hazırlayırıq. Əziz gənçlər! dünya kiçildi, bir kənd halına gəldi. Elm insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. Bu gün dünənin dünyasında yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl nailiyyətlər əldə edək .O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun.
Azərbaycan Respublikasının təhsil Naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnət Abdullayev Azərbaycan Beynəlxalq Təhsil Şurasının  sədri dr. Enver Özeren Bakı Dövlə Universitetinin rektoru Millət vəkili Akademik Abel Məhərrəmov Millət vəkili Respublika ağsaqqalar şurasının sədri Fəttah Heydərov çıxışlarında Qafqaz universitetdən məzun olmuş mütəxəsislər haqqında müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiklərini söyləyərək bu ilki məzunlara da belə olmalarını arzuladılar . Daha sonra Qafqaz Universitetinin tələbələrinin keçirdikləri sorğular nəticəsində ilin elm adamı və ilin şirkəti naminasiyaları üzrə hədiyələnmə mərasimi oldu. Millət vəkili Akademik Abel Məhərrəmov ilin elm adamı Azərbaycan Dövlət Neft Şirkəti ilin şirkəti elan olundu.
  Ənənəvi olaraq Qafqaz universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə, fakultə və universitet birincisinə isə xatirə plaketi verildi. Eyni zamanda 2012-2013 tədris ilində beynəlxalq və Respublika olimpiadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verildi. Sonra tədbir bədii hissə ilə davam etdirildi.
İRADƏ

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF