“MİRAS” beynəlxalq simpozium keçirir



İyunun 27-də Bakıda VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu öz işinə başlayıb.
Qafqaz Universitetində artıq simpoziumun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanla yanaşı, Türkiyə, Makedoniya, Rusiya, İtaliya, Koreya və digər ölkələrdən gələn iştirakçılar qatılıb. Həmçinin maraqlı rəsm və əl işlərindən ibarət sərginin açılışı da olub.
Tədbiri giriş sözü ilə açan “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Fariz Xəlilli iştirakçıları salamladı. O, simpoziumun tarixindən və əhəmiyyətindən danışdı. Həmçinin bildirdi ki, tədbirdə çoxsaylı alimlər iştirak edir və 150-dən artıq məruzə dinləniləcək.
“MİRAS”ın Türkiyə təmsilçisi Ahmet Aytaç da türk xalqlarının mədəni irsinin mühafizəsinin əhəmiyyətindən danışıb.
AMEA-nın müxbir üzvü Vəli Əliyev isə çıxışında bildirib ki, bəşəriyyətin sivilizasiyasının bütövrəsini, əsasını türk sivilizasiyası təşkil edir. O, həmçinin ermənilərin Dağlıq Qarabağda mədəni irsimizi məhv etdiyini, yer üzündən sildiyini xatırladaraq türk alimlərini ermənilərə qarşı mübarizə aparmağa səsləyib.

http://www.hafta-ichi.az/news.php?id=94080

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF